Infoteka.az
Hadisə

Qazaxda torpaq sahələri və kafelər suyun altında qaldı

Xram çayının daşması nəticəsində Qazaxın İknci Şıxlı kəndində bir neçə kafe , torpaq sahələri suyun alıtnda qalıb.

Bundan başqa, Qazax şəhərinin mərkəzi hissəsindən keçən Ağstafa çayın daşması nəticəsində mal bazarı ərazisini su basıb. Hazırda təbii fəlakətin vurduğu ziyanın həcmi hesablanır.

Bölgədə isə qeyri-sabit, yağıntılı hava şəraiti davam edir.

Infoteka.az