“Gəncə və gəncəlilər” layihəsi Qəmbər Hüseynlinin əziz xatirəsinə həsr olunacaq.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Gəncə və gəncəlilər" layihəsi görkəmli Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi Qəmbər Hüseynliyə həsr olunacaq.
İyunun 1-də saat 19:00-da bəstəkarın əziz xatirəsinə həsr olunmuş "Ay işığında" adlı konsert proqramı keçiriləcək.
Gecədə bəstəkarın “Ay işığında”, “İlk məhəbbət”, “Tel nazik”, “Tellər oynadı”, “Çeşmə başında”, “Düşər yadıma”, “Gecələr uzanaydı”, “Dolanım başına” və digər sevilən mahnıları səsləndiriləcək.