Infoteka.az
Hadisə

Almaniyada sərnişin təyyarəsi təcili eniş etməyə məcbur olub

Almaniyanın “Lufthansa” aviaşirkətinə məxsus təyyarə Danimarkanın Billun şəhərindən Frankfurta kabinədən gələn tüstü qoxusuna görə Hannoverdə məcburi eniş edib.

Bu barədə “DPA” agentliyi məlumat yayıb.

Bildirilib ki, 89 sərnişin və 4 ekipaj üzvü xəsarətsiz təyyarəni tərk edib. Tüstü və qoxuya baxmayaraq, təyyarədə yanğın aşkarlanmayıb.

Aviaşirkət mütəxəssisləri hadisə ilə bağlı araşdırmaya başlayıb.

Infoteka.az