Infoteka.az
Dünya

Blinken: “Qarşıdakı aylar Gürcüstanın Avropaya inteqrasiya perspektivləri üçün həlledici olacaq”

Yaxın bir neçə ay Gürcüstanın Avropaya inteqrasiya perspektivlərinin nədən ibarət olduğunu göstərəcək.

Bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.

“Növbəti bir neçə ay bu fürsətin reallığa çevrildiyini görmək baxımından həlledici olacaq”, - Blinken qeyd edib.

Blinken həmçinin Gürcüstan hakimiyyətini dövləti “düzgün istiqamətə” daşımaq üçün lazım olan qərarları qəbul etməyə çağırıb.

Infoteka.az