Rusiyanın “Birinci” kanalı (“Pervıy kanal”) Ermənistanda yayımını dayandırıb.
Bu barədə Ermənistan Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, kanalın erməni multipleksində yayımı müvəqqəti olaraq dayandırılıb.
Qeyd edək ki, mayın 7-də Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın tələblərinə məhəl qoymasalar, ölkədəki Rusiya kanallarını bağlamaqla hədələyib.
Paşinyanın fikrincə, ölkənin daxili siyasətinə hörmətsiz münasibət kanalların fəaliyyətinin dayandırılmasına gətirib çıxaracaq. O qeyd edib ki, Rusiya kanalları artıq bununla bağlı “çoxsaylı xəbərdarlıqlar” alıblar.
Dünya