Infoteka.az
İqtisadiyyat

Rusiya "Şimal-Cənub" dəhlizi üzrə 3 prioritet istiqaməti açıqladı

Rusiya "Şimal-Cənub" nəqliyyat dəhlizi çərçivəsində üç prioritet istiqaməti açıqlayıb.

Bu barədə Rusiya prezidentinin köməkçisi İqor Levitin danışıb.

Onun sözlərinə görə, istiqamətlər bunlardır: 

Rusiya, Azərbaycan, İran - qərb istiqaməti,

Xəzər - mərkəzi istiqamət,

Qazaxıstan, Özbəkistan, Türkmənistan - şərq istiqaməti.

"Bu üç istiqamət ümumidir, biz də bunları "Şimal-Cənub" adlandırırıq. Və onlar yaxın beş ilə prioritet kimi baxılır", - deyə o, qeyd edib.

Infoteka.az