Xocalıya həyat qayıdır, şəhər yenidən dirçəlir. Xocalı sakinləri 32 ildən sonra, 28 May Müstəqqillik günündə doğma torpaqlarına qayıtmağın sevincini yaşayırlar.
31 il işğalda olan Xocalının azad olunmasından qısa müddət keçməsinə baxmayaraq artıq ərazidə sürətli bərpa, quruculuq işləri görülür.
Xocalı yenidən qurulur, məcburi köçkünlər öz torpaqlarına qaydırlar. Keçmiş köçkün ailələri müasir tipli evlərlə təmin olunub. 31 il müddətində erməni işğalında olan Xocalı minalardan, hərbi sursatlardan təmizlənib və yenidən qurulur.
Qeyd edək ki, Xocalıdan olan köçkünlər respublikanın müxtəlif ərazilərində yardımçı tikililərdə, müxtəlif müəssisələrə məxsus olan binalarda məskunlaşıblar. İndiyədək Xocalı şəhərinə 44 ailənin, yəni 169 nəfərin daimi məskunlaşması təmin edilib. Həmçinin Xocalıya yeni ailələrin köçürülməsi üçün, şəhərdəki yarımçıq tikili olan yaşayış kompleksi əsaslı təmir edilib.
Kompleks 3,34 hektar ərazini əhatə edir. Burada hər biri ikigirişli olmaqla üçmərtəbəli 15 binada ikiotaqlı, üçotaqlı və dördotaqlı 80 mənzil var. Kompleksdə uşaq oyun meydançaları, idman qurğuları, idman meydançası, söhbətgahlar yaradılıb.