Infoteka.az
Hərbi

Şimali Koreya 10-a yaxın ballistik raket buraxıb

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb.

Bu barədə "Yonhap" agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Məlumata görə, təxminən yerli vaxtla saat 06:14-də (Bakı vaxtı ilə 01:14) 10-dək yaxınmənzilli raket buraxılıb.

Uçuş məsafəsi haqqında məlumat verilmir.

Agentlik daha əvvəl bir ballistik raketin buraxıldığını bildirmişdi.

Infoteka.az