Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqını (Aİ) Ukraynanı dəqiq bir plan olmadan münaqişəyə sürüklədiyinə görə tənqid edib.
Bu barədə macar lider "Point" nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Aİ buna görə mənəvi məsuliyyət daşıyır:
"Belə davam etsə, o, məhv olacaq".
Siyasətçi qeyd edib ki, Ukraynanın dəqiq sərhədləri və əhalisi barədə məlumat olmadığı üçün Ukraynanın üzvlüklə bağlı danışıqlar aparmaq hələ tezdir.