Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov mayın 29-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin fəaliyyətinin 50 illik yubileyinə həsr olunmuş "Bizim uşaq dünyamız" adlı tədbirdə iştirak edib.
RİH başçısı Mərkəzin direktoru Lalə xanım Qətini və bütün kollektivi təbrik edərək ən xoş arzularını çatdırıb, mərkəzin fəaliyyətini qiymətləndirərək rayonun ictimai həyatında fəal iştirakına görə Fəxri Fərmanla təltif edib.