Azərbaycanda ilk dəfə baş tutan Qəmbər Hüseynli adına I "Cücələrim" Uşaq Festivalının ilk günü Gəncə şəhəri, Qəmbər Hüseynlinin heykəlinin önündə uşaq mahnılarından ibarət konsert proqramı keçirilib.
Gəncə Dövlət Filarmoniyasından verilən xəbərə görə, konsert proqramında Gəncə şəhər Uşaq İncəsənət Məktəbi, Gəncə şəhər 1nömrəli UMM, Gəncə şəhər 2 nömrəli UMM, Gəncə şəhər 3 nömrəli UMM, Gəncə şəhər 4 nömrəli UMM, Gəncə şəhər 5 nömrəli UMM, Daşkəsən Uşaq İncəsənət Məktəbi, Naftalan şəhər UMM, Goranboy rayon Düzqışlaq UMM, Səfikürd UMM, Samux şəhər UMM, Samux rayon Qarayeri qəsəbə UMM, Göygöl Aşıq Şəmşir UMM-nin şagirdlərinin iştirakı ilə Qəmbər Hüseynlinin "Cücələrim", "Ay işığında", "İlk məhəbbət", Fikrət Əmirovun "Rəqs", "Skertso", Tofiq Quliyevin "Bağçamız", "Əziz surət", Arif Məlikovun "Lirik mahnı", Polad Bülbüloğlunun "Şən Azərbaycan" mahnıları səsləndirilib.