ABŞ Prezidenti Co Bayden Nyu-York Məhkəməsinin münsiflər heyətinin Donald Trampla bağlı qərarını şərh edib.
Bayden bu barədə Ağ Evdə çıxış edərkən deyib.
“Heç kimin qanundan üstün olmadığı Amerika prinsipi bir daha təsdiqləndi. Donald Trampın özünü müdafiə etmək üçün hər cür imkanı var idi”, - dövlət başçısı vurğulayıb.
Nyu-York Məhkəməsinin münsiflər heyəti Trampı porno aktrisa Stormi Danielsə pul ödəyərkən “Tramp Organization”un maliyyə sənədlərini saxtalaşdırmaqda təqsirli bilib.