Infoteka.az
Texnologiya

SpaceX təyyarələr üçün peyk interneti xidmətini təklif edəcək Starlink Aviation servisini anons edib

SpaceX şirkəti yaxın zamanda Starlink Aviation adlı yeni servisin istifadəyə veriləcəyini elan edib. Sözügedən yeni servis çərçivəsində Starlink-in aviasiya terminallarına sahib təyyarələrin sərnişinləri internetə qoşula biləcəklər. Bununla belə təqdim ediləcək internet sürəti saniyədə 350 Mbit təşkil edəcək. Əgər Starlink Aviation servisi həqiqətən də təyyarə sərnişinlərini bu cür sürətli internet bağlantısı ilə təmin etsə, bu, videozənglərin reallaşdırılması, online oyunların oynanılması və internetdən standart istifadə edilməsi üçün kifayət edəcək. Qeyd etmək lazımdır ki, bu sürət bir çox aviaşirkət tərəfindən təklif edilən internet sürətindən daha yüksəkdir.

    Verilmiş məlumata əsasən bir çox hallarda təyyarələrdə hava-yer sistemindən istifadə edilir və həmin sistem sərnişinləri maksimum saniyədə 10 Mbit internet sürəti ilə təmin edir. Bununla belə bu halda təklif edilən internet bağlantısı təyyarənin yalnız quraqlıq üzərindən uçuşu zamanı aktiv olur. Təyyarənin su üzərindən uçuşu zamanı isə internet bağlantısı kəsilir. Bəzi hallarda təyyarələrdə peyk sistemlərindən istifadə edilir və onlar saniyədə 30-100 Mbit internet sürətini təmin edirlər. İnternet sürətinə həmçinin internet bağlantısından eyni anda istifadə edən sərnişinlərin sayı da təsir göstərir.

Infoteka.az