Infoteka.az
Dünya

Slovakiya XİN: Fitso vəzifəsinin başına bir neçə aydan sonra qayıda biləcək

Slovakiyanın xarici işlər naziri Yuray Blanar bildirib ki, mayın 15-də güllələnən Baş nazir Robert Fitso bir neçə aydan sonra öz vəzifəsinin başına qayıda bilər.

Bu barədə “TASR” xəbər agentliyi məlumat yayıb.

“Onun səhhəti yaxşılaşır, amma hər halda, Baş nazir vəzifəsinə tam qayıtması üçün ona daha bir neçə ay lazım olacaq”, - Blanar vurğulayıb.

Infoteka.az