Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Berlin Ukraynaya daha bir “Patriot” hava hücumundan müdafiə sistemi və 500 milyon avro verəcək.
Bu barədə Almaniyanın Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.
“NATO-da biz “birimiz hamımız üçün, hamımız birimiz üçün” prinsipinə əməl edirik. İndi biz Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə davam etməliyik. Almaniya Kiyevə daha bir “Patriot” sistemi tədarük edəcək və 500 milyon avro göndərəcək. Hələ görüləsi çox şey var”, - nazir vurğulayıb