Gürcüstanla və ABŞ arasında olan münasibətlərə yenidən baxılmalıdır.
Bu barədə jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
“Gürcüstan-Amerika münasibətlərinə həqiqətən də yenidən baxmaq lazımdır, biz bunu ABŞ səfiri ilə müzakirə etdik... Keçmiş səfirin dövründə çox şey korlanmışdı, ona görə də gürcü-amerikan münasibətləri yaxşılaşdırılmalı və yenidən nəzərdən keçirilməlidir”, - Kobaxidze vurğulayıb.
Baş nazirin sözlərinə görə, Birləşmiş Ştatlardan maliyyə alan gürcü Qeyri Hökümət Təşkilatları inqilab etməyə çalışıb.
“İki inqilab cəhdi olub. Son həftələrdə isə üçüncü cəhd oldu”, - Kobaxidze əlavə edib.