Infoteka.az
Dünya

G7 və Aİ SWIFT analoqundan istifadə edən banklara qarşı sanksiyaları müzakirə edir

G7 ölkələri və Aİ SWIFT sisteminin analoqundan istifadə edən üçüncü ölkə banklarına qarşı sanksiyaların tətbiqini müzakirə edir.

Bu barədə “Bloomberg“ mənbələrə istinadən məlumat yayıb.

“Məhdudiyyətlərdən yan keçmək üçün Rusiya Mərkəzi Bankının SWIFT kimi maliyyə mesajlaşma sistemindən istifadə edən üçüncü ölkələrin kreditorlarına qarşı yönələcək tədbirlər müzakirə edilir”, - məlumatda deyilir.

Lakin konkret tədbirlərlə bağlı hələlik razılığa gəlmək mümkün olmayıb.

Infoteka.az