Infoteka.az
Dünya

ABŞ və Ukrayna təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqları yaxın həftələrdə başa çatdıracaq

ABŞ dövlət katibi Entoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba cümə günü telefon danışığı zamanı Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsinə dair ikitərəfli danışıqları yaxın həftələrdə başa çatdırmaq barədə razılığa gəliblər.

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilir.

“Onlar yaxın bir neçə həftə ərzində uzunmüddətli təhlükəsizlik tədbirləri ilə bağlı ikitərəfli danışıqları başa çatdırmaq barədə razılığa gəliblər”, - bəyanatda deyilir.

Infoteka.az