Infoteka.az
Dünya

İsveçin müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb

İran İsveçə etirazını bildirmək üçün bu ölkənin İrandakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.

Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildriilib ki, diplomat İranı İsrailə qarşı fəaliyyət göstərən terrorçuları cəlb etməkdə ittiham etdiyi üçün XİN-ə çağırılıb.

Bundan əvvəl isveçli deputat Markus Vichel “avtoritar dövlətlərin yaratdığı təhlükələrə” qarşı tədbir görülməsinin vacibliyini bəyan edib.

Infoteka.az