Infoteka.az
Dünya

Budapeştdə “Sülh Yürüşü” keçirilir

Macarıstanın paytaxtı Budapeştdə “Sülh Yürüşü” keçirilir.

Bu barədə ölkə mətbuatında video görüntülər yayılıb.

Yürüş təşkilatçıları “Macarıstanın Ukraynadakı müharibədə iştirakına” və “NATO-nun Avropada yeni müharibəyə başlamasına” etiraz olaraq bu yürüşü təşkil etdiklərini bildiriblər.

Minlərlə insanın qatıldığı yürüşün sonunda ölkənin Baş naziri Viktor Orban aksiya iştirakçıları qarşısında çıxış edəcək.

Infoteka.az