Infoteka.az
Dünya

Boris Conson yenidən Baş nazir olmaqdan imtina edib

Boris Conson yenidən Böyük Britaniyanın Baş naziri postuna namizəd olmaqdan imtina edib.

İnfoteka.az report-a istinadən xəbər verir ki, bu barədə B. Consonun yaydığı bəyanatda deyilir.

"Düşünürəm ki, 2024-cü ildə (ümumi) seçkilərdə Mühafizəkarlar Partiyasını qələbəyə çatdırmaq üçün yaxşı şansım var. Mühafizəkarlar Partiyasının üzvləri arasında keçirilən seçkilərdə uğur qazanmağım və cümə günü (28 oktyabr - Red) "Downing Street"-ə qayıtmaq ehtimalın güclüdür. Amma son bir neçə gün ərzində təəssüf ki, bunun sadəcə olaraq səhv olacağı qənaətinə gəldim", - bəyanatda vurğulanıb.

Qeyd edək ki, Boris Consonun müttəfiqi, deputat Ceyms Dadric deyib ki, keçmiş diplomat Baş nazir postu üçün yarışmaq niyyətindədir.

Xatırladaq ki, hökumət başçısı olmağa əsas namizədlər arasında keçmiş maliyyə naziri Ruşi Sunak və 2019-cu idə krallıq tarixində ilk qadın müdafiə naziri olmuş Penni Mordauntun da adları hallanır. Penni Mordaunt Mühafizəkarlar Partiyasının yeni lider axtarışına başladığını qeyd edərək namizədliyinin irəli sürülməsini istəmədiyini söyləyib.

Böyük Britaniyanın indiki müdafiə naziri Ben Uolles isə namizədliyini irəli sürməyərək hələ ki Boris Consonu dəstəkləyəcəyini vurğulayıb.

Qeyd edək ki, Liz Trass oktyabrın 20-də iqtisadi proqramını həyata keçirə bilmədiyi üçün istefa verib.

Infoteka.az