Infoteka.az
Dünya

Səudiyyə Ərəbistanı Ukrayna ilə bağlı “Sülh sammiti”nə qatılmayacaq

Səudiyyə Ərəbistanı İsveçrədə Ukrayna ilə bağlı keçiriləcək “Sülh sammiti”ndə iştirak etmək niyyətində deyil.

Bu barədə DPA agentliyi Ər-Riyaddakı diplomatik mənbələrə istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, iyunun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski 15-16 iyunda İsveçrədə keçiriləcək qarşıdakı görüşdə dəstək almaq niyyəti ilə Səudiyyə Ərəbistanına səfər etmək istəyib.

Lakin onun Səudiyyə Ərəbistanına səfəri təxirə salınıb və yalnız konfransdan sonra baş tuta bilər. Ər-Riyad hələlik bu məlumata münasibət bildirməyib.

Qeyd edək ki, Ukrayna üzrə Sülh Sammiti iyunun 15-dən 16-dək İsveçrədə keçiriləcək. Ümumilikdə Ukrayna və İsveçrə tədbirə 150-dən çox ölkə dəvət edilsə də, Rusiya dəvət almayıb.

Infoteka.az