Enerji böhranı səbəbindən Avropa ölkələrində yaşayış xərcləri 2022-ci ildə 7%, gələcəkdə isə 9% artacaq.
İnfoteka.az xəbər verir ki, bu proqnozlar Beynəlxalq Valyuta Fondunun (BVF) dərc olunmuş Avropadakı iqtisadi vəziyyətə həsr olunmuş regional hesabatında yer alıb.
Yanacağın qiymətlərinin artması xüsusən də öz fəaliyyətlərində çoxlu enerji istehlak edənlər üçün tədarük tərəfində böyük problemlər yaradır:
“Bir çox Avropa firması artıq gübrə, şüşə, polad və alüminium kimi sektorlarda malların buraxılışını məhdudlaşdırıb və ya məhdudlaşdırmağı planlaşdırır ki, bu da dəyər zəncirlərində əlavə qiymət artımlarına səbəb ola bilər”.
Qeyd olunub ki, son vaxtlara qədər Avropa İttifaqına enerji resurslarının ən böyük tədarükçüsü olan Rusiyadan təbii qaz idxalı praktiki olaraq dayandırılıb və bu qitəni enerji böhranına sürükləyib.