Infoteka.az
Siyasət

Kobaxidze Almaniya səfirini Gürcüstanla əlaqələri zədələməyə çalışmaqda ittiham edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Almaniya səfiri Peter Fişeri Gürcüstan-Almaniya əlaqələrini zədələməyə çalışmaqda ittiham edib. 

Hökumət başçısı Almaniyanın Gürcüstandakı səfirinin müxtəlif media orqanları vasitəsilə dezinformasiyalar yaydığını bildirib. 

“Almaniya bizim dostumuz və tərəfdaş ölkədir, heç bir səfir bu ənənəvi dostluğu və tərəfdaşlığı poza bilməz. Hazırkı səfir buna çalışır. Nəticə etibarilə o, buna nail ola bilməyəcək”, - Kobaxidze deyib.

Infoteka.az