Infoteka.az
Siyasət

Alparslan Bayraktar: SOCAR Türkiyədə böyük sərmayədardır

Azərbaycan və Türkiyə dövlət başçılarının liderliyi ilə ölkələrimiz bir çox mühüm layihələr həyata keçirib və əməkdaşlığımız genişlənir. 

Bu barədə iyunun 4-də Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilərkən bildirib.

O, xüsusilə enerji sahəsinə toxunaraq, Türkiyə Petrolları (TPAO), BOTAŞ və SOCAR-ın əməkdaşlığının həm Türkiyənin daxili bazarı, həm də sənayesinin inkişafı üçün əhəmiyyətini vurğulayıb. 

Qonaq SOCAR-ın Türkiyədə böyük sərmayədar olduğunu deyərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qardaş ölkədəki fəaliyyətini məmnunluq hissi ilə qeyd edib. O, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın roluna toxunub.

Infoteka.az