44 günlük Vətən Müharibəsində müzəffər ordumuzun qazandığı ən böyük uğurlardan biri də, Zəngilan rayonunun düşmən tapdağından azad edilməsi idi. Bizi şanslı zəfərimizə bir addım daha da yaxınlaşdıran, sevincimizə sevinc qatan bu müjdəli xəbəri məhz Ali Baş Komandan Prezident İlham Əliyev 20 Oktyabr 2020-ci il tarixində xalqa müraciyətində bildirmişdir. Çox qısa bir müddə-2 il ərzində Zəngilanda Beynəlxalq Hava Limanı inşa edilmişdir və Cənab Prezident İlham Əliyev Türkiyə Cümhurriyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Zəngilan hava limanının açılışını etmişlər.
Bu ölkəmizin həyatında çox əlamətdar və önəmli hadisədir. Türkiyə Prezidentinin iştirakı ölkəmiz uçun xüsusi məna daşıyır deyə Ali Baş Komandan İlham Əliyev Cəbrayıl rayonunda çıxışı zamanı qeyd etmişdir. II-ci Qarabağ Savaşının ilk dəqiqələrindən Türkiyə Azərbaycana dəstək verdi və bildirdi ki, həmişə Azərbaycanın yanındadır.
Bu gun Qarabağın bərpa və yenidənqurma işlərində Türkiyə yenə də Azərbaycanın yanındadır və birgə fəaliyyət göstərirlər. Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlanacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə işlənib hazırlanmış Böyük Qayıdış Proqramının icra tempi göstərir ki, keçmiş məcburi köçkünlər tezliklə öz doğma yurdlarına qayıdacaqlar. Yenidənqurma işlərində Türkiyə şirkətləri çox böyük işlər görürlər.
Bu həm iqtisadi həm siyasi cəhətdən Azərbaycan üçün çox böyük önəm daşıyır. Biz bütün sahələrdə müttəfik olduq. Bu sülhün sabitliyin amilidir. Prezident bir daha Türkiyənin dünyada güc mərkəzinə çevrildiyini xüsusi ilə vurğuladı. II-ci Qarabağ müharibəsi dövründə və ondan sonra, Türkiyə Azərbaycan qardaşlığı birliyi yüksək pilləyə qalxıb və qalxacaq. Azərbaycan və Turkiyə bayraqları birlikdə dalğalanacaq.
Prezident əminliklə birldirdi ki, bütün keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönəcəklər. Bunun üçün çox böyük quruculuq işləri gedir və biz əlimizdən gələni edirik ki, tez bir zamanda bu işləri uğurla başa çatdıraq.
Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam etdi. Bu, bizə əlavə güc verirdi, bu, bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qarşısını aldı. Beləliklə, Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı. Bu gün biz bərpa edilən Qarabağda və Şərqi Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük. Türkiyə şirkətləri bu işlərdə fəal iştirak edirlər. “Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Keçən il biz Şuşada Şuşa Bəyannaməsini imzaladıq və Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu”, - deyən dövlətimizin başçısı onu da bəyan etdi ki, bu amil bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir.
Şanlı Zəfərin tarixi əhəmiyyətini vurğulayan cənab Prezident İlham Əliyev qeyd etdi ki, bütün bu şanlı tarix bizim müştərək tariximizdir.
Natiq Həsənov
Suraxanı rayonu Bülbülə bələdiyyəsinin sədri