Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Akkuyu” Atom Elektrik Stansiyasının birinci enerji blokunun tikintisinin 90% tamamlandığını bildirib.
Dövlət başçısı bunu Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
“Hazırda birinci enerji blokunun tikintisinin 90% yekunlaşıb”, - ölkə lideri qeyd edib.
Onun sözlərinə görə, artıq mütəxəssislər enerji blokunun reaktorunun mexaniki sınaqlarına başlayıblar.