Infoteka.az
Siyasət

Nazir: Ermənistandan sülh müqaviləsi üzrə yeni layihə aldıq, açıq qalan məsələlərin sayında azalma var

Bir neçə gün öncə biz Ermənistan tərəfindən yeni layihə aldıq. Onu deyim ki, orada sülh sazişi layihəsi üzrə açıq qalan məsələlərin sayında azalma mövcuddur.

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı ilə birgə brifinqdə deyib.

“Bir sıra maddələr üzrə pozitiv inkişaf müşahidə edilməkdədir. Yəni biz burada müsbət dinamika müşahidə edirik”, - nazir əlavə edib.

Infoteka.az