Infoteka.az
Dünya

Aİ Gürcüstanla vizasız rejimi DAYANDIRA BİLƏR

Avropa İttifaqı (Aİ) “xarici agentlər haqqında” qanunun qəbulu ilə əlaqədar Gürcüstanla vizasız rejimi dayandıra bilər.

Bunu Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinski MOVEMENT portalına müsahibəsində bildirib.

“Biz Gürcüstanla viza rejiminin liberallaşdırılması barədə razılığa gəldik, lakin müəyyən şərtlərlə. İndi bu şərtlərin hələ də qüvvədə olub-olmadığını yoxlamaq lazımdır”, - deyə səfir qeyd edib.

Infoteka.az