Infoteka.az
Sosial

Təhsil İdarəsinə müdir TƏYİNATI OLUB

Elm və təhsil nazirinin müvafiq əmri ilə Günay Mahmudova Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir təyin olunub.

Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edək ki, Günay Mahmudova 2000-2004-cü illərdə Gəncə Dövlət Universitetinin biologiya–kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2004-cü ildən pedaqoji fəaliyyətə başlayıb.

Qax şəhər 1 nömrəli, Güllük, İlisu kənd tam orta məktəblərində kimya müəllimi işləyib.

2010-2013-cü illərdə Qax rayonu İlisu kənd tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2013-2014-cü illərdə Qax rayon təhsil şöbəsində metodist, 2014-2022-ci illərdə metodik kabinetin direktoru vəzifələrində çalışıb.

 

2019-2020-ci illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Təhsil İnstitutunun icra etdiyi “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsində mentor, 2019-2022-ci illərdə “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” “Steam”, “Peşə təmayüllü siniflər” layihələri üzrə koordinator kimi fəaliyyət göstərib.

2021-2022-ci illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində inspeksiyaların həyata keçirilməsi üçün “Məktəb inspektoru” kimi çalışıb.

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə I,II və IV qrant müsabiqələrinin qalibi olub.

2022-ci ilin aprel 29-dan Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri müavini vəzifəsində çalışıb. 19 dekabr 2023-cü ildən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edir.

Evlidir, 2 övladı var.

Infoteka.az