Proqnozlara görə, Avropada enerji istehlakında 2050-ci ilə qədər təbii qaz əsas enerji mənbəyi olaraq qalacaq.
Bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı Çexiya Sənaye və Ticarət Nazirliyinin Enerji Strategiyası və Beynəlxalq Əməkdaşlıq üzrə Direktoru Petr Binhack deyib.
O bildirib ki, 30 il sonra təbii qaz stabilliyini qoruya bilməyəcək, yəni tələbat tədricən azalacaq.