Bu gün İngiltərə Premyer Liqası klublarının nümayəndələrinin iştirak etdiyi bir iclas keçirilib.
İclasın təşkilində məqsəd növbəti mövsümdə çempionatda VAR-dan istifadə edilib-edilməyəcəyini müəyyənləşdirmək olub.
İngiltərə çempionatı klubları video köməkçi hakim sistemindən istifadəni davam etdirməyə səs veriblər.
Daha əvvəl "Vulverhempton"un Premyer Liqaya videotəkrarlardan istifadənin ləğvi ilə bağlı rəsmi məktub göndərdiyi haqda məlumat yayılmışdı.
İdman