Infoteka.az
Siyasət

Paşinyan Bakıda keçiriləcək COP29-da iştirak edəcəkmi?

Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan Nikol Paşinyanın Bakıda keçirilən COP29-da iştirakı ilə bağlı yayılan xəbərləri təkzib edib.

Bu barədə "news.am" saytı yazıb.

"Baş nazir Paşinyanın iş proqramında belə bir səfər nəzərdə tutulmayıb", - Nazeli Baqdasaryan Nikol Paşinyanın guya Bakıda keçiriləcək COP29 forumunda iştirak edəcəyi ilə bağlı xəbəri şərh edərkən deyib.
 

Infoteka.az