Infoteka.az
Dünya

KİV: Rusiya Karib hövzəsində hərbi təlimlər planlaşdırır

Rusiya Karib hövzəsində ABŞ sərhədləri yaxınlığında hərbi təlimlər keçirə bilər.

Bu barədə CBS News ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Bildirilib ki, Rusiya yaxın həftələrdə Karib dənizində dəniz və hava təlimlərinə başlayacaq. ABŞ səlahiyyətliləri bu təlimlərin Ukrayna və NATO təlimlərinə verilən dəstəyə cavab ola biləcəyini düşünür. 

Qeyd edilir ki, Rusiya gəmiləri Kuba və Venesuela limanlarına daxil ola bilər.

Infoteka.az