Infoteka.az
Dünya

ABŞ Putinin nüvə silahının istifadəsi ilə bağlı dediklərini ciddi qəbul edib

ABŞ Rusiya prezidenti Vladimir Putinin nüvə silahının istifadəsinin yolverilməzliyi ilə bağlı sözlərini ciddi qəbul edib.

Bunu ABŞ prezidenti Co Baydenin xüsusi nümayəndəsi, Milli Təhlükəsizlik Şurasının Nüvə silahlarının yayılmaması məsələləri üzrə baş direktoru Pranay Vaddi RİA Novosti-yə bildirib.

“Biz xəbərdarıq. Rusiya liderinin bəyanatlarını ciddi qəbul edirik”, deyə Vaddi vurğulayıb.

O, ABŞ-nin iki ölkənin liderləri səviyyəsində strateji sabitliyi müzakirə etmək üçün Rusiyanın mümkün təkliflərinə açıq olduğunu da söyləyib.

Qeyd edək ki, Putin bu gün Peterburq beynəlxalq iqtisadi forumunun plenar iclasında nüvə silahından istifadənin mümkün olduğu anın gəldiyini hesab etmədiyini söyləyib.

Infoteka.az