Infoteka.az
Dünya

Türkiyədə qum fırtınası və leysan, Antalya aeroportunda uçuşlar LƏĞV EDİLDİ

Türkiyənin Antalya hava limanında qasırğa səbəbindən bir sıra uçuşlar təxirə salınıb.

Son günlər Türkiyə ərazisində, xüsusən də ölkənin turizm bölgələrində havanın temperaturu +40 dərəcəni ötsə də, bu gün bölgədə hava kəskin dəyişib.

 

Belə ki, günün ikinci yarısından etibarən Türkiyənin Antalya bölgəsində əvvəlcə qum fırtınası, daha sonra isə qasırğa və leysan xarakterli yağış yağıb.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar Antalyadan bu günə təyin edilən bəzi reyslər ləğv edilib. Gündüz saatlarına təyin edilən bəzi uçuşlar isə 1 saat ləngimə ilə həyata keçirilib.

Infoteka.az