Infoteka.az
Dünya

Ukrayna Şimali Osetiya ərazisinə PUA-larla hücum edib

"Ötən gecə səmamız üzərində üç ədəd pilotsuz uçuş aparatı zərərsizləşdirilib".

Bunu Şimali Osetiyanın rəhbəri Sergey Menyaylo deyib.

O bildirib ki, Ukrayna PUA-larının hədəfi Mozdokdakı aerodromu sıradan çıxarmaq olub. S. Menyaylonun sözlərinə görə, ölən və xəsarət alan yoxdur.

Qeyd edilib ki, gecə saatlarında ümumilikdə 25 PUA zərərsizləşdirilib.

Infoteka.az