Infoteka.az
İdman

Millimiz Ermənistanı darmadağın etdi

8 iyun Kosovonun paytaxtı Priştina şəhərində 3×3 basketbol üzrə Avropa Kubokunun təsnifat oyunları start götürüb.

Açılış oyununda millimiz Ermənistan yığması ilə qarşılaşıb və rəqib üzərində 21-9 hesablı parlaq qələbə qazanıb. “B” qrupunda qərarlaşmış millimizin qrupda növbəti oyunu, Bakı vaxtı ilə saat 16:10-da yerli Kosovo yığmasına qarşı olacaq

Qeyd edək ki, Azərbaycan millisi bu gün Kosovo və Kiprlə də üz-üzə gələcək. Qadınlardan ibarət yığma isə Malta və Lüksemburqu sınağa çəkəcək.

Infoteka.az