Azərbaycan ilə Misir arasında əməkdaşlığın çox perspektivli istiqamətləri mövcuddur.
Bu barədə jurnalistlərə açıqlamasında Misirin beynəlxalq əməkdaşlıq naziri vəzifəsini icra edən Raniya əl-Məşat bildirib.
“Prezident İlham Əliyevi Misirdə qəbul etməkdən çox məmnunuq. Misirlə Azərbaycanın çox güclü əlaqələri var. Ölkələr arasında əməkdaşlığın çox perspektivli sahələri var. Buraya infrastruktur, neft-qaz, İKT, həmçinin əczaçılıq sahələri daxildir”, - o vurğulayıb.