"Napoli" İtaliya A Seriyasında öz rekordunu təkrarlayıb.
İnfoteka.az-ın məlumatına görə, Luçano Spalettinin baş məşqçi olduğu komanda buna "Roma"nı 1:0 hesabı ilə məğlub etdikləri XI tur oyununda nail olub.
Neapol təmsilçisi bütün turnirlərdə ardıcıl 11-ci qələbəsini qazanıb və ardıcıl qələbələrin sayına görə 1986-cı ildə müəyyən edilmiş klub rekordunu təkrarlayıb. Həmin dönəmdə argentinalı əfsanəvi futbolçu Dieqo Maradona komandada çıxış edib.
Qeyd edək ki, "Napoli" 29 xalla turnir cədvəlinə başçılıq edir.