Infoteka.az
Texnologiya

"iPhone"lara tarixin ən böyük yenilənməsi gəlir - SİYAHI

"Apple" tarixinin ən böyük yenilənməsinə hazırlaşır. Artıq "iOS"un yeni versiyasının bəzi xüsusiyyətləri ictimaiyyətə bəlli olub.

Yeni eraya başlanğıc olacaq funksiyalara "Siri"nin daha güclü süni intellekt yeniləməsi əlavə olunub. Belə ki, "Siri" qeydlərdəki riyazi ifadələri qrafiklərə çevirə, qrammatik səhvləri düzəldə biləcək. Bundan başqa səsli qeydləri yazıya çevirə, uzun mesajları və bildirişləri səsli şəkildə xülasə edə, telefondakı hər hansı bir sənədi xülasə edərək "Qeydlər"ə yaza, bir veb saytın xülasəsini çıxara biləcək. "Siri" həmçinin emosional cavablar da verəcək: "bəli", "xeyr" kimi sözlərə daha ətraflı reaksiyalarını əlavə edəcək.

Fotolar - şəkillərdə istəmədiyiniz obyektləri bir toxunuşla silmək olacaq. Qalereyadakı bir neçə şəkli bir şəkildə toplamaq funksiyası əlavə ediləcək. Beləliklə, şəkillər qalereyada çox yer tutmayacaq. Bunun üçün şəkilləri seçdikdən sonra aşağıda çıxan çoxtəbəqəli seçimə toxunmağınız kifayət edəcək.

"Dinamik Ada" – dinlədiyiniz musiqiləri, sizi axtaran şəxsləri və telefonun enerji məlumatlarını ətraflı görə biləcəksiniz. "FaceID" istifadəsi mümkün olacaq. "Dinamik Ada" həmçinin artıq media və fayl daşıma vəzifəsi görür; sənəd işarələyib, məsələn, mesajlar hissəsindən həmin faylı göndərmək istədiyiniz şəxsə göndərə bilərsiniz.

Ekran - əsas ekranı "Android" cihazlarda olduğu kimi bölmək mümkün olacaq.

Tətbiqlər - tez-tez istifadə etdiyiniz tətbiqləri sağa sola sürüşdürərək dəyişdirə biləcəksiniz.

"AirPods" rejimlərini "Tənzimləmələr" bölməsindən deyil, səsartırma hissəsindən dəyişdirmək mümkün olacaq.

Infoteka.az