Milli Məclisdə (MM) “Siyasi partiyalar” haqqında qanun layihəsi ilə bağlı ictimai dinləmələr keçirilir.
İnfoteka.az xəbər verir ki, dinləmələrdə parlament üzvləri ilə yanaşı, MM-də təmsil olunan və təmsil olunmayan siyasi partiyaların nümayəndələri də iştirak edirlər.
Dinləmələrdə Siyasi Tədqiqatlar Mərkəzinin siyasi partiyalarla bağlı əhali arasında keçirdiyi sorğunun nəticələri açıqlanıb.
Nəticələrdən sonra çıxışlar başlayıb.