Rəsmi Kiyev artıq Vaşinqtonun Rusiya ərazisinə zərbələr endirmək üçün Amerika silahlarından istifadə etmək icazəsindən yararlanıb.
Bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan CBS telekanalına müsahibəsində bildirib.
O vurğulayıb ki, Vaşinqtonun bundan əvvəl rəsmi Kiyevə qoyduğu qadağa məntiqli deyil. Ona görə də dövlət başçısı Ukraynanın xahişini təmin etmək qərarına gəldi.
Qeyd edək ki, mayın 30-da “Politico” qəzeti ABŞ prezidenti Co Baydenin Ukraynaya Rusiyaya zərbə endirmək üçün Amerika silahlarından istifadə etməyə gizli icazə verdiyini yazmışdı.