Infoteka.az
Sosial

Suraxanıda "Qadın hüquqları, müasirlik və Azərbaycan" mövzusunda maarifləndirici tədbir təşkil olunub

infoteka.az” xəbər verir ki, Suraxanı rayonunda "Qadın hüquqları, müasirlik və Azərbaycan" mövzusunda maarifləndirici tədbir iyunun 10-da 104 saylı tam orta məktəbdə təşkil olunub.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, RİHBA-nın nümayəndələri, Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə profilaktiki bölməsinin rəisi Əfqan Ağayev,  Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov, Şəhid ailələri müdafiə cəmiyyəti Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyeva, 43 saylı şəhər poliklinikasının baş həkimi Ramella Quliyeva, şəhid Muxtar Qasımlının valideynləri və məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov qonaqları salamlayaraq açılış nitqi söyləmişdir. 

Daha sonra Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova çıxış edərək qeyd edib ki, qədimnən bu günə qədər tariximizdə dərin izlər qoymuş fədakar qadınlarımızın çətin yollardan keçmişdir. Azərbaycan müsəlman Şərqində və Türk dünyasında qadına seçmək və seçilmək hüququnu verən ilk ölkə olmuşdur. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliği, onlara yüksək imtiyazların verilməsi Ümummilli Lider Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissəsi olmuşdur. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılmış imkanların zaman - zaman genişləndirilməsi dövlət başçımız Cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mühüm istiqamətlərində dayanır. Bu gün Birinci vitse - prezident Mehriban xanım Əliyevanın şəxsində Azərbaycan qadını tarixdə layiq olduğu böyük zirvəyə yüksəlmişdir. Məhz ona görədə Azərbaycan qadınının səsi beynəlxalq aləmdən Avropa Şurasından gəlir. Azərbayan qadını zəkası ilə diqqət çəkdiyi kimi biləyinin gücü ilə də qalib gəlməyi bacarır. Müxtəlif beynəlxalq idman yarışlarında, olimpiadalarda üçrəngli bayrağımızı yüksəklərə qaldırır, qızıl medallar qazanır. Azərbaycan qadını UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri kimi şərəfə nail olur. 

Tədbirdə Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə profilaktiki bölməsinin rəisi Əfqan Ağayev, şəhid ailələri müdafiə cəmiyyəti Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyeva, 43 saylı şəhər poliklinikasının baş həkimi Ramella Quliyeva, şəhid Muxtar Qasımlının anası və məktəbin müəllim psixoloqları həmçinin çıxış edərək qadın hüquqlarının qorunması və qadınlara qarşı yönəlmiş zorakılığın qarşısının alınması üzrə tədbirlərin gücləndirilməsini vurğulamışdılar.