İyunun 11-də İrəvanda Ermənistan-ABŞ Strateji Dialoqunun yekun iclası keçiriləcək.
Bu barədə məlumatı Ermənistanın Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, toplantı çərçivəsində xarici işlər naziri Ararat Mirzoyanın ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O`Brayenlə görüşü olacaq.
Toplantının əvvəlində Ararat Mirzoyan və Ceyms O`Brayen çıxış edəcək, yekunda isə tərəflərin adından birgə bəyanat yayılacaq.