Infoteka.az
İqtisadiyyat

BFB: Bu il ABB və bir dövlət şirkətinin səhmlərinin İPO edilməsi planlaşdırılıb

Bu il Azərbaycanda iki dövlət şirkətinin səhmlərinin ilkin kütləvi təklifinin (İPO) həyata keçirilməsi gözlənilir.

Qeyd edilib ki, bunlardan biri ən iri dövlət bankı ABB-dir. Bu il may ayının 27-də bankın səhmdarları kütləvi təklif üsulu ilə ABB-nin yeni səhmlərinin buraxılmasını qərara alıb. Səhm buraxılışı Bakı Fond Birjasında baş tutacaq.

Bundan əlavə, digər dövlət şirkəti ilə BFB arasında da əməkdaşlığa başlanılıb. İlin sonuna kimi həmin şirkətin də səhmlərinin İPO edilməsi planlaşdırılır.

Qeyd edək ki, prezindent lham Əliyevin 2023-cü ilin avqust ayında imzaladığı “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncama əsasən 8 bank, şirkət və müəssisənin səhmlərinin İPO edilməsi nəzərdə tutulub: Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (ABB, ölkənin ən böyük bankı), “Bakı Telefon Rabitəsi” MMC, “Aztelekom” MMC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO), “AzerGold” QSC, “Azərikimya”İB(Etilen-Polietilen zavodu), Karbamid və Metanol zavodlarıdır.

Infoteka.az