Ənənəvi olaraq hər il olduğu kimi qarşıdan gələn bu əlamətdar gün ərəfəsində cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətlər, qarşıda duran vəzifələr barədə ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə 18 may - 18 iyun tarixləri Ombudsman tərəfindən “İnsan Hüquqları Aylığı” elan edilmişdir.
“İnsan Hüquqları Aylığı” çərçivəsində Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və qəsəbə bələdiyyələrində yaradılmış Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiyaların təşkilatçılığı ilə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
İyunun 12-də “İnsan Hüquqları Aylığı” çərçivəsində Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Yeni Suraxanı bələdiyyəsinin və 89 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Məişət zorakılığı – fiziki, psixi, iqtisadi və cinsi zərərlər”, Hövsan bələdiyyəsi və 118 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “İntihar - yeniyetmə və gənclər arasında aktual problem kimi“ mövzularında tədbirlər keçirilib.
Tədbirdə Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, Suraxanı rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsində Yetkinlik Yaşına Çatmayanlarla proflaktiki işin təşkili bölməsinin rəisi Polis Polkovnik Leytenantı Əfqan Ağayev, İctimai Şuranın sədri Rəşid Məmmədov, din xadimi Allahverən Məmmədzadə və digər qonaqlar iştirak ediblər.
Tədbirlərdə Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova çıxış edərək məişət zorakılığının qarşısının alınması istiqamətində həyata keçirilən hüquqi, sosial və qabaqlayıcı tədbirlər haqqına ətraflı məlumat vermiş, eləcə də yeniyetmə, gənclər arasında intiharın səbəbləri, mübarizə yolları haqqında müzakirələr aparmış və qeyd etmişdir ki, yeniyetmələrə, gənclərimizə dəstək olmalıyıq, onları bu yoldan çəkindirmək üçün əlimizdən gələni əsirgəməməliyik.