Infoteka.az
İdman

Lionel Messi: Son klubum "İnter Mayami" olacaq

Argentina millisinin hücumçusu Lionel Messi "İnter Mayami"nin onun son klubu olacağını açıqlayıb. 

Futbolçu bunu çərşənbə günü, iyunun 12-də Amerikanın “ESPN” idman kanalına müsahibəsində deyib. 

“Mən futbolu sevirəm. Bundan daha çox həzz alıram, çünki daha az vaxt qaldığını başa düşürəm”, - Messi qeyd edib. 

Messi etiraf edib ki, futboldan ayrılmağı düşünmür və hər anından həzz almağa çalışır

Infoteka.az