Infoteka.az
Siyasət

Ərdoğan: “Danışıqlar Ukraynadakı münaqişənin həllinin yeganə yoludur”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Madriddə İspaniyanın Baş naziri Pedro Sançeslə danışıqların yekununa dair açıqlama verib.

Ərdoğan Rusiya-Ukrayna müharibəsinin də müzakirə mövzusu olduğunu qeyd edib.

“Mən bir daha qeyd etdim ki, Ukraynada hərtərəfli sülh yalnız danışıqlar yolu ilə mümkündür. Biz Ukraynanın ərazi bütövlüyünün qorunması zərurəti ilə bağlı mövqeyimizi təsdiqlədik. Münaqişənin sülh yolu ilə həllinin vacibliyinə əmin olduğumuzu bildirdik”, - deyə Türkiyə lideri bildirib.

Infoteka.az