Infoteka.az
Texnologiya

"Lada" daha bir modelin istehsalını dayandırdı

Rusiyanın avtomobil istehsalçısı AvtoVAZ şirkəti “Lada Vesta”nın ən zəngin versiyalarının – “Techno” və “Techno 24”ün istehsalını dayandırmaq qərarına gəlib.

Zəngin təchiz olunmuş “Lada Vesta NG” (səkkiz dinamikli audio sistem, ikinci cərgədə USB birləşdiricilər, yan təhlükəsizlik yastıqları və s.) eksklüziv olaraq göstərilən versiyalarda mövcuddur.

AvtoVAZ-ın mətbuat xidməti bildirir ki, “Techno” və “Techno 24” versiyalarında olan “Lada Vesta” hazırda istehsal olunmur. Lakin onları hələ də dilerlərdə tapmaq olar. İstehsalın dayandırılmasının səbəbi “avadanlığın siyahısına yenidən baxılması”dır.

Infoteka.az